Qonaq Kitabı
HÜRRİYYƏT PƏRİSİNƏ

 

Söndün nə çapıq[i], ruhuma qüvvət verən ey nur,

Ümmidi-vüsalınla sənin mən yaşayırdım.

Şövqündə o daşqın dərələrdən həm aşırdım,

Hicran məni, ah, etdi yenə xəstəvü rəncur[ii],

 

Oynatmadadır qəlbimi atəşli bir ahəng,

Vulkan kimi püskürmədə ətrafə şərarə.

Nolmuş ki, yazırsan məni sən, ey dili-parə?

Etmişmi həyatı bu mühitin sənə də təng?[iii]

 

Müzlim[iv] gecə, ətrafı bulud çən bürüyərkən,

Göz yaşlarımın bəslədiyi ey gözəl ümid,

Qarşımda təcəssüm edərək ver mənə təyid[v],

Bu zülmət ilə sübhə qədər ta vuruşum mən.                

                                                                        1908



[i] Tez.

[ii] İncik.

[iii] Dar.

[iv] Qaranlıq.

[v] Kömək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info