Qonaq Kitabı
ƏKİN NƏĞMƏSİ

 

Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!

Indi sənə yem, su verərəm, durma, kəlim, çək!

 

Bəslər, a kəlim, danələri yer qucağında,

Qalxar yaşıl otlar, göyərər hər bucağında,

Sonra sarı sünbüllər olar tarlada zahir,

Hey dalğalanar, sanki qızıl rəngli dənizdir.

Alqışlayıram zəhmətini, ey köməyim, çək!

Məhsul ola bol, olmaya nabud[i] əməyim, çək!

 

Bir gün biçinin vaxtı çatar, onda oraqlar

Qalxıb-enərək tarlada şimşək kimi parlar.

Mən onda başaqlar[ii] arasında yataram şad,

Rahat olaram zövqlə, qəm, qüssədən azad

Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!

Indi sənə yem, su verərəm, durma, kəlim, çək!            

                                                                             1907

 



[i] Məhv.

[ii] Sünbüllər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info