Qonaq Kitabı
ƏKİNÇİ

 

Yaz qapını aldı, əkinçi, oyan!

Dur ayağa, tarla səni gözləyir.

“Şumla yeri, dur gəl, əkinçi” – deyir.

Haydı, a zəhmət mələyi, qalx oyan!

 

Qızdı günəş, aləmə verdi həyat,

Qonşuların tarlasını xışlayır,

Qan-tər içində hamısı işləyir,

Zəhmətinizlə yaşayır kainat!

 

Borclarına indi, gözüm, çarə qıl!

Çul, palazı qışda satıb soymusan,

Külfətini quru yerdə qoymusan,

Haydı oyan dərdinə bir çarə qıl!

 

Təknədə şey yox, nə axurda saman,

Külfətinin səndə qalıbdır gözü.

Yaz günəşi qarşılayır bax, sizi,

Haydı, a zəhmət mələyi, dur, oyan!          

                                                           1907

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info