Qonaq Kitabı
NİYƏ UÇDU

 

(Birinci Dumanın qapanması münasibətilə yazılmışdır)

 

Uçdu mələkim, qaldı mənə dərdü məlalı,

Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!

Eyvah, ümid qönçələrim solmada, heyhat!

Bu köhnə cahan söndürə bilməz bu zəvalı.

 

Ey bariqələr[i], zərbələr endir, bu cəhanə!

Söndü niyə vicdanımı tənvir edən[ii] amal?

Oldu niyə ümmidlərim zülmlə pamal

Ey hiyləgər iblis, nədir indi bəhanə?

 

Baxdıqca bu aləmlər edər könlümü bərbad,

Xəstə ürəyim aldı dərindən yara bir də.

Doktor, yetər, əl çək, buna yoxdur çara bir də,

Olmazsa muradımca bu viranələr abad.

 

Durma daha, ey ədl, səadət buludu, yağ!

Ey ildırım, əzminlə gurulda yenə hər an!

Ey güclü külək, sən də qopar fırtına, tufan!

Bu köhnə cahanı təməlindən uçur ancaq!          

                                                                   1907



[i] Şimşəklər.

[ii] İşıqlandıran.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info