Qonaq Kitabı
Ey dust, yararmı böylə iqrar?

 

Ey dust, yararmı böylə iqrar?

Yar olduğum idi, oldum əğyar,

 

Sən qeyrilər ilə üns tutdun,

Bilməm niyə yarını unutdun?

 

Sən qeyr ilə həmzəbanü yekdil,

Əmma, mənə ruzgar müşkil.

 

Bəsdir mənə verdiyin bu xiffət

Əğyar arasında, bimürüvvət!

 

Birəhmlik etdiyin yamandır,

Bir rəhm elə kim, aman, amandır!

 

Bax bir fələkə, gör indi, zinhar,

Gör kimlər ilə edibdir iqrar?

 

Əfsus ki, keçdi ruzigarım,

Ahım sənə çatmaz, ey nigarım!

 

Biganəlik etmə, aşinayəm,

Dərgahinə kəmtərin gədayəm.

 

Hər an ki, məni bu halə salmış,

İndi belə qeylü-qalə salmış.

 

Gəl rəhm qıl indi, padşahım!

Əflakə yetişdi dudi-ahım.

 

Sən yar ilə zövqdə, səfadə,

Mən burda bu cevr ilə cəfadə.

 

Vaxtında səi aşinalıq eqdin

Döndün belə bivəfalıq etdin.

 

Təqsir kimin oldu padşahım?

Bildir ki, mənə nədir gunahım?

 

Bəs neyləsin, indi bu dili-zar?

Gör kimlər ilə çəkərdim azar.

 

Sən nazin ilə ol indi xürrəm.

Əğyar ilə qəm çəkim dəmadəm.

 

Sən eyşdə əyləş indi xoşdil,

Mən hicridə, həm məlulu müşgül.

 

Öldür məni, olsun əllərin var,

Səbr eylə, gözüm, nə təqsirim var.

 

Qəhr ilə çəkərdim ah candan,

Ah çəkməyir ad bu Natəvandan. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info