Qonaq Kitabı
Firiştətələtü məhruyü xoşliqa, getmə!

 

Firiştətələtü məhruyü xoşliqa, getmə!

Cəmalı qəlbimə daim verən ziya, getmə!

 

Məsih tək, nəfəsi mürdəni edən ehya,

Dəhanı içrə olan çeşmeyi-bahə getmə!

 

Əsiri-danə olub, dami-zülfə düşdü könül

O növ silsilədən kim edər rəha, getmə!

 

Mərizi-eşq olana neyləsin təbibi-zaman?

Səvayi-şəhdi-ləbin yoxdu bir dəva, getmə!

 

Kəmali-şövqlə qoy eyləyim Xəlilasa

O xaki-məqdəminə canımı fəda, getmə!

 

Əgər fəraqını görsəm, görən gözüm çıxsın!

Gözümdə xaki-rəhin eyni-tutiya, getmə!

 

Təvafi-kuydə səyim necə olur hasil?

Ona ki, zikri-ləbin verməsə səfa, getmə?

 

Xəzinə gövhəri tək olmusan nəhan gözdən,

Vücudunu eləyib məhz kimiya, getmə!

 

Rəqib tənəsi, hicran qəmi olur müşgül,

Bu Natəvanə görüb onları rəva, getmə! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info