Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər, Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”. Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz, Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər. Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm, Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər. Nihani baxmağından iztirabi-könlüm, əfzundur, Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər? Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə, Bəla sərmənzilində gör nə qafil aşiyan eylər? Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı, Hərami xeylini kim böylə gəncə pasiban eylər? Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə, Xötən səhrasını mişkin edib ənbərfəşan eylər. Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər. Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.
|