Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm, Fəda olum sənə, gəl eylə imtahan, ölürəm! Fəraqdan gecələr yatmaram sabaha kimi Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm. Bahari-hüsnün ara gör necə xəzanəm mən, Bahar laləsi tək bağrım oldu qan ölürəm. Vərəq-vərəq dilü can hicrin içrə odlandı, Misali gəncafə səd parə oldu can, ölürəm. O xaki-payini mən aşiyanə etmiş idim, Vətəndən ayrı düşüb, indi laməkan ölürəm. Dedin ki, çək əlini damənimdən, - əl çəkdim. Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm. Çəkərdim həsrətini, görmədim xudahafiz, Olubdu indi işim naləvü fəğan ölürəm. Fəda o qəmətinə kim, qəza nə xoş çəkmiş, Kədər büküb belimi, eyləyib kaman, ölürəm. Lud Fəraqdan tügənib tabü taqətim, billah, Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info