Qonaq Kitabı
DƏHNAMƏ

*  *  *

 

Ba ismi-ilahü fərdi-yəzdan,

Rəhmanü rəhimü heyyi-sübhan

Hər karını, ey dil ibtida qıl,

Çün əhdə bəli dedin, vəfa qıl.

Ta hər bir işin yetə kəmalə,

Şükr eylə cəlili-zülcəlalə.

Vird eylə sənayi-Mustafanı,

Zikr eylə kəmali-Mürtəzanı.

Ta ola işin dürüstü kamil

Əz fəzli- əimmeyi-əfazil.

Bəs söylə nə boldu həsbi-halın?

Dil şadlığın, ğəmü məlalın?

Eşq əhlinə ta ki, pənd bolsun,

Bəzm əhli ara pəsənd bolsun.

 

Tövhidi-həqq

 

Allah kərimü ləmyəzəldir,

Zati əbəd oldu, həm əzəldir.

Var etdi cəhani yox ikən ol,

Kimsə bulamaz bu sirrə heç yol.

Nuri-nəbidən yaratdı qəndil,

Qıldı nəzər ona neçə min il.

Kəsb etdi kəmali ol nəzərdən,

Ol dürri pür etdi bəhrü bərdən.

Su boldu həyadən ol cəvahir,

Dutdu qamu fövqü təxti vafir.

Yaratdı gögi təfindən anın,

Xəlq etdi yeri kəfindən anın.

Qüdrət qələmilə yazdı kafi,

Ol kafə ulaşdı nuni-safi.

Bəs gəldi vücudə kün fəkan həm,

Xətm oldu zəman ilən məkan həm.

Fövq oldu məqami-ərşi-əla,

Təxt oldu məqərri-ərzi-süfla.

Ol boldu mələklərin məkani,

Bu oldu məqami-insü cani.

Çün bunlara əqlü dil verdi,

Quranı bizə dəlil verdi.

Zatından anın nişan bilələr,

Bir olduğunu əyan bilələr.

Cənnəti yaratdı rəstkarə,

Damunu düzəltdi əhli-narə.

Munun həvəsindən ola taət,

Anın xətərindən ala heybət.

Fikr eylə kəmali-qüdrətin gör,

Yad eylə həkimi, hikmətin gör.

Bir gəz nəzər etdi müşt xakə,

Bəs boldu qəfəs bu mürği-pakə.

Bəxş etdi könül ki, qıla fikrin,

Lütf etdi zəban ki, edə zikrin.

Göz verdi ki, ta bəsir olasan,

Doğru gedəsən bu haq yola sən.

Eşitməgə səmü güş verdi,

Fəhm etməgə əqlü huş verdi.

Elm olmaz isə bularə təhsil,

Heyvan der anıvü əvvəlin bil.

Toprağə bitürdü dürlü əşcar,

Hər bir şəcər üstə bitdi əsmar.

Hər biridə bir kəmalü ləzzət,

Lövnü nəzərü təriqü heybət.

Daşdan çıxarur zülal suyi,

Görsətdi zi nafə müşk buyi.

Qan içrə bitürdü şiri-şirin,

Qıldı be kərəm cəhanizərrin.

Gər qılmaz isən bu nemətə şükr,

Vər etməz isən bu nemətə fikr,

Bəs bil ki, yəqin zəlalət etdin,

Həq nemətünün həqin unutdin.

Ol xacəyə, bil ki, qul degilsən,

Həq dərgəhinə qəbul degilsən.

Allah deməyən təriqə getdin,

Şeytani-rəcimi rəhbər etdin.

Bu yolda imami rəhbər etgil,

Bu zikri həmişə əzbər etgil.

 

 

Zikri-tələbi-rəhmət

(Bağışlanılmağını istəmək haqqında)

 

Yarəb, bizə bağışla tövfiq,

Nə rahi-məcazi, bil ki, təhqiq.

İman ilə qıl dilimni məqrun,

Zikrinlə sözümni eylə mövzun.

Mən bəndeyi-acizəm, günəhkar,

Olmadı işim becüz günəh kar.

Sən fəzli-əmimü pür kərəmsən,

Qıl fəzl edübən mana kərəm sən.

Çün mötərifəm yüküş günahə,

Qəhr eyləməgil bu ru siyahə.

Gər bəndədə var bəsi cərimə,

Dutarmən ümidi sən kərimə.

Latəqnətü boldu əmrin, ey həq,

Ümmid neçük kəsəm mühəqqəq.

Hər qüdrətə var hezar fikrim,

Hər nemətə var hezar şükrim.

Bir ol ki, ədəmdən eylədin var,

Verdin kərəm ilə əqlü göftar.

Bir ol ki, inayət etdin iman,

Bildik səni, ey kərimü dəyyan.

Lütf eylə nişaneyi-kərimi,

Görsət bizə rahi-müstəqimi.

Bir yaxşı məta əlimdə yoxdur,

Səndən kərəm ilə lütf çoxdur.

Kəsmə kərəmin bu binəvadən,

Ayırma livayi-Mustafadən.

Kim, xoşluğuna düzəldi aləm,

Əflakü mələk, zəminü adəm.

 

 

Dər nəti-rəsul

 

Ol şəm ki, nuri-ənbiyadır,

Ol nur ki, mahi-övliyadır.

Dedi ana heyyi-sanei-pak:

Lövlak lima xilqətül-əflak.

Müştaqi anın qamu peyəmbər,

Məmuri anın mülukü Səncər.

Ol izi türabi-qürrətül-eyn,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info