Qonaq Kitabı
Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu

 

Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu,

Bu siyəhkarın əlində biqərarəm, doğrusu.

 

Derdim, ol dilbər yanında etibarım var mənim,

Yoxladım, etdim yəqin, bietibarəm, doğrusu.

 

Bir quru candan nolur, qurban edim cananimə,

Ol pəri rüxsardən çox şərmsarəm, doğrusu.

 

Şah Xətayi seyrə çıxdı, açdı Hürrin qəbrini,

Bar ilahi, əfv qıl kim, tövbəkarəm, doğrusu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info