Qonaq Kitabı
Həqi könlündə sir saxla, özündən bixəbər sufi

 

Həqi könlündə sir saxla, özündən bixəbər sufi.

Bu dəryadən dərin sirri nə bilsün dəngəsər sufi.

 

Tanımamış o, nəfsini, necə bilsün ki, rəbbini,

Qalıbdır ladə, illadə, görün nə zikr edər sufi.

 

Sevibdir sim ilə zərri, qoyubdur vəsli-dildari,

Əgər doğrusunu dersəm, olur xəşm ilə nər sufi.

 

Özüni bilən ər sufi, həm oldur sufiyi-safi,

Desən rəvadurur anə, gəl ey sahib nəzər sufi.

 

Xətayi, mürşidü pirlər əlini tutub ar etmə,

Əgər arif isən, anla, kərəm qıl, olma xər sufi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info