Qonaq Kitabı
Gəl ki, cana, səndən ayru gözlərim qan ağladı

 

Gəl ki, cana, səndən ayru gözlərim qan ağladı,

Cigərim yandı, tutaşdı, can içün can ağladı.

 

Firqəti-hicran əlindən şöylə ah etdim bu gün,

Gögdəki cümlə məlayik, yerdə insan ağladı.

 

Kim ki, aşiq olmadı, əhvali-aşiq bilmədi,

Dilbərin şirin ləbindən abi-heyvan ağladı.

 

Atəşi-eşqə düşən pərvanə tək yanmaq gərək,

Şöylə kim, tərsa içün ol Şeyx Sənan ağladı.

 

Hər zaman zari qılur miskin Xətayi yar içün,

Eylə kim, Yusif içün Yəqubi-Kənan ağladı.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info