Qonaq Kitabı
Ey boyun tuba, dodağın abi-heyvan nisbəti

 

Ey boyun tuba, dodağın abi-heyvan nisbəti,

Abi-heyvan demən ani, çeşmeyi-can nisbəti.

 

Qamətü rüxsarın hər kim ki, gördü, söylədi:

-Biri güldür, birisi sərvi-xuraman nisbəti.

 

Eşigin toprağinə hər kim qul oldu sidq ilə

Padşahdır bəndeyi-fəğfuru xaqan nisbəti.

 

Bəhri-eşq içrə səninçün necə qəvvas olmuşam,

Dişlərin dürdür, dodağın abi-heyvan nisbəti.

 

Bu Xətayi ta ki, yüzün üstə gördü zülfini,

Gözlərindən yaş tökər barani-neysan nisbəti.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info