Qonaq Kitabı
Mən büti-Leyli əlindən olmuşam Məcnun kimi

 

Mən büti-Leyli əlindən olmuşam Məcnun kimi,

İştiyaqindən dəmadəm ağlaram məhzun kimi.

 

Çeşmeyi-çeşmim suyundan seyl dutdu aləmi,

Munca gəlmişdir Fəratü Dəcləvü Ceyhun kimi.

 

Gər cəmalın əksini yuxudə gördü ayü gün,

Şol xəcalətdən qızardı qeyrətindən xun kimi.

 

Xameyi-qüdrət ki, çəkdi arizin lövhində xətt,

Xansı kitab yaza bildi şol xəti-mövzun kimi.

 

Bu Xətayi bir gün almışdı ləbindən busələr,

Gəldi çox günlər, vəleykin gəlmədi ol gün kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info