Qonaq Kitabı
Bahar oldu ki, aləm gülşən oldu

 

Bahar oldu ki, aləm gülşən oldu,

Gözün aç, gör cahan nə rövşən oldu.

 

Bəzəndi hər bir ağac bir gül ilə,

Ağaclar cümlə gül pirahən oldu.

 

Açıldı yazilər, bitdi çiçəklər,

Gül ilə şol bənövşə, susən oldu.

 

İrişdi vədəsi badi-baharın,

Behər su gül hezaran xərmən oldu.

 

Mana ol dust bolsa dost ancaq,

Nə ğəm gər cümlə aləm düşmən oldu.

 

Çox əgləndin gələndə, ey Xətayi,

Məgər sana bu yerlər məskən oldu?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info