Qonaq Kitabı
Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!

Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!

Həbibim, sеvgilim, yarım, nigarım, sən səfa gəldin!

 

Dili bülbül, ləbi mеy, хali fülfül, zülfləri sünbül,

Mələkхu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin!

 

Yüzüm хaki-rəhində fərşdarəm, хоş qədəm basdın!

Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin!

 

Хəyalım gülşəninə sayə saldın sərv qəddindən

Açıldı səbzələndi laləzarım, sən səfa gəldin!

 

Vidadi хəstə tək düşmüşdü biaram can sənsiz,

Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info