Qonaq Kitabı
ANA

Dram – 1 pərdə

 

 

ƏŞXAS

 

S ə l m a – Ana.

Q a n p o l a d – Onun oğlu.

İ s m ə t – Qanpoladın nişanlısı (çərkəs qızı).

S ə l i m – İsmətin qardaşı.

G ə n c  b i r  l ə z g i – Səlimin arqadaşı.

O r x a n – İsmətə vurulmuş bir dəliqanlı.

İ z z ə t - Orxanın arqadaş və qonaqları.

M u r a d - Orxanın arqadaş və qonaqları.

 

 

Səhnə Dağıstanda otlu, ağaclı kiçik bir bağça ərz edər. Bağçanın ucunda sadə və fəqiranə bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng buludlar, yüksək və mavi dağlar nəzərə çarpar.

 

Səlma

(Qapı önündə oturub pək düşüncəli görünür, iki dəqiqə sonra qalqıb

yüzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə)

Ey mərhəmət kanı, ey ulu Tanrı!

Ey yerlərin, göylərin hökmdarı!

İnayət qıl, yoq başqa bir havadar,

Yalnız varım-yoqum tək bir oğlum var.

Ah, Qanpolad!.. Nuri-didəm, evladım!

Üç ay var ki, məktubunu almadım.

Üç ay var ki, taqət qalmamış bəndə,

Gözüm yollarda, intizar içində.

Hər gecə gördüyüm qanlı röyalar

Göstərir ki, qorqulu bir xəbər var.

Bir yıldan fəzlədir hər ay, hər on beş

Məktub yollardı, eylərdi sipariş.

Niçin o şimdi olsun böylə qafil?

Xayır, xayır, oğlum vəfasız deyil.

Lakin bəni məhv edər bu intizar,

Gündən-günə qəlbimdə şübhə artar.

 

(İsmətin gəldiyinə diqqət edərək)

 

Ah, gəliyor İsmət, nasıl da məhcub!

Qız deyil, bir mələkdir...

 

İ s m ə t

(Gülər yüzlə)

İştə məktub!

 

S ə l m a

Kimdən, quzum?

 

İ s m ə t

Qanpoladdan.

 

S ə l m a

Kim verdi?

 

İ s m ə t

Qomşumuz, Qorqmaz oğlu Müslim verdi.

 

S ə l m a

Nasıl Qanpoladım?

 

İ s m ə t

Şükür, sap-sağlam...

 

S ə l m a

Gəlmiyormu?

 

İ s m ə t

Məktubda yazmış tamam.

 

S ə l m a

Ah, gözəl İsmətim, otur evdə sən,

Bir az təkbaşına çalğı çal, əylən.

Bən də şimdi məktubda hər nə varsa

Oqutdurub tez gəlirim...

 

İ s m ə t

Pək ə’la.

(Səlma gedər)

 

İ s m ə t

(Kəndi kəndinə)

Of! Qanpolad kim bilir şimdi nerdə?

Bən burda yalnız, o, qürbət ellərdə.

Bir yıl əvvəl nişanlandım bən ona,

Tale o gündən düşman olmuş bana.

Artıq onsuz hər şey gözümdə məhzun,

Bir an həyatımdan olmadım məmnun.

İştə bahar olmuş, hər yer gülümsər,

Quşlar civildəşir, bülbüllər ötər,

Açılmış hər yanda güllər, çiçəklər,

Qızlar, oğlanlar sevişir, seyr edər.

Bəzənmiş bir gəlin kibi kainat,

Fəqət bənim qəlbim açılmaz, heyhat!..

(Qapıyı açıb içəri girər. Bir az sonra Orxan ilə İ z z ə t bir tərəfdən çıqar.)

 

O r x a n

İzzət, İzzət! Sən bir tərəfdə bəklə,

Saqın! İsmət səni görməsin hələ.

 

İ z z ə t

Kim bilir! Bəlkə hiç o yoqdur evdə.

(Bu sırada qarmon səsi eşidilir.)

 

O r x a n

İştə qarmon səsi! Odur əlbəttə.

Odur, o!.. Baq, nasıl ruhlu bir çalğı?

 

İ z z ə t

Əvət, məhzun gönül, məhzun musiqi.

Orxan

Ah, qız nə qız! Sultanlara layiqdir,

Fəqət zalım Qanpolada aşiqdir.

Hər gün xəbər tutar gedib-gələndən,

Onun adı bir an düşməz dilindən.

Zavallı! Kəndi hüsnündən xəbərsiz,

Bilmiyor ki, eşqində divanəyiz!

Bilməm ona nasıl dərd anlatmalı,

Yalnız yalvarmalı, ya qorqutmalı.

Kəndisi arqasız, yoqsuldur gərçi

Lakin o qızda bir böyüklük var ki,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info