Qonaq Kitabı
Yəqin bilki, xudayidir Xətayi

 

Yəqin bilki, xudayidir Xətayi,

Məhəmməd Mustafayidir Xətayi,

 

Səfi nəsli, Cüneydi-Heydər oğlu,

Əliyyəl-Mürtəzayidir Xətayi.

 

Həsən eşqinə meydanə gəlibdir,

Hüseyni-Kərbəlayidir Xətayi.

 

Əli Zeynəlibad, Baqirü Cəfər,

Kazım, Musa Rizayidir Xətayi.

 

Məhəmməd Təqidir, Əli Həqi həm,

Həsən Əskər liqayidir Xətayi.

 

Məhəmməd Mehdiyi-Sahib Zəmanın

Eşgində gədayidir Xətayi.

 

Mənim adım vəli Şah İsmayıldır,

Təxəllüsü Xətayidir Xətayi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info