Qonaq Kitabı
Rüxün bədr ayə bənzər, bənzəməzmi?

 

Rüxün bədr ayə bənzər, bənzəməzmi?

Saçın sevdayə bənzər, bənzəməzmi?

 

Fəqirəm, ol gözəldür hüsn içində

Ğənidir, bayə bənzər, bənzəməzmi?

 

Xədəngi-kirpigün oxdur ki, qaşın

Qurulmuş yayə bənzər, bənzəməzmi?

 

Zahidin qarğışı aşiq həqində

Yalan dəvayə bənzər, bənzəməzmi?

 

Xətayi, firqətindən ağlamaqdan

Du çeşmim çayə bənzər, bəzəməzmi?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info