Qonaq Kitabı
Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi

 

Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi,

Cəmii-ənbiya xətmi Məhəmməd Mustafa gəldi.

 

Sevindi cani-aşiqlər, açıldı bəxti-sadiqlər,

Oyandı ruhi-möminlər, səfa gəldi, səfa gəldi.

 

Zəminlərdə, zəmanlarda səlahül-xeyr məqdəmdir,

Fələklərdən, mələklərdən hezaran mərhəba gəldi.

 

İrişdi mürşidi-kamil, qamu əhli-aman oldu,

Sevindi qazilər cümlə ki, xətmi-ənbiya gəldi.

 

Həqə məzhərdürür Adəm, sücud et, uyma iblisə

Ki, Adəm donuna girmiş xuda gəldi, xuda gəldi.

 

Firiştə endi göglərdən, bəşarət əhli-ürfanə,

Xəvaricə əcəl yetdi, Yezidlərə bəla gəldi.

 

Zəlalət içrə zülmətdə itirmişdin çırağını,

Gözün aç, çıx bu zülmətdən ki, bir bədri-düca gəldi.

 

Xəlilullah donin geymiş, verilmiş adı İsmail,

Ona qurban olun canlar ki, allahdan nida gəldi.

 

Gözəl şahım, ğəmər mahım, muradgahım, könülxahım,

Cəmali-məzhərrüllahım, kərimi-övliya gəldi.

 

Əzazil adlı şeytanın, yetər, təqlidinə uyma,

Əlin dut, həq yolun göstər, imami-rəhnüma gəldi.

 

Cəhanı sehr ilə Firon özinə tabe etmişdi,

Oları yutmağa Musa əsası əjdəha gəldi.

 

Bahadır qazilər qoydu, başında taci-dövlət var,

Budur Mehdi zəman dövri, cəhan nuri-bəqa gəldi.

 

Gözü sadü dili taha, yanağı qaf vəlquran,

Qaşu nunü saçı vəlleyl, yüzi şəmsüz-züha gəldi.

 

İmami-heydər oğluna dilü candan riza ver gəl

İmamım Cəfəri Sadiq, Əli, Musa, Riza gəldi.

 

Xətayi xəstə şol şahin cəmalın vəslini istər,

Rəvan ver can satun algil ki, elmi-can bəha gəldi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info