Qonaq Kitabı
Dünyəvü üqbadə birdir yar, dutman yar iki

 

Dünyəvü üqbadə birdir yar, dutman yar iki,

Yar isən, ey ğəmli könlüm, dutmagil, zinhar, iki.

 

Zülfini yüz üstə gördüm həlqələnmiş, söylədim:

Gənc birdir, üstə neyçün yatmış ol şəhmar iki?

 

Mürği-dil gahi rüxün, gəh arizin məskən dutar,

Bülbüli-dilxəstə birdir, neyləsün, gülzar iki?

 

Quşanur könlüm səri-zülfin xəyalən dər miyan,

Gör nəçük kafərdir ol kim, bağlanur zünnar iki?

 

Eyləməz hərgiz Xətayi sirri-həqqi xəlqə faş,

Çünki birdir sirri onun, saxlamaz sirdar iki.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info