Qonaq Kitabı
Mana dərdü bəlalər yaxşı gəldi

 

Mana dərdü bəlalər yaxşı gəldi,

Sana zövqü səfalər yaxşı gəldi.

 

Sana xoş oldu, yarın yar boldu,

Mana ol aşinalər yaxşı gəldi.

 

Sənin yüz qiymətin bir pula düşdü,

Mana bu pürbəhalər yaxşı gəldi.

 

Mən ol pərvanə tək həsrət odunda,

Sana şəmi-ziyalər yaxşı gəldi.

 

Sana cövrü cəfa bolsun müsəlləm,

Mana əhli-vəfalər yaxşı gəldi.

 

Xətayi vəslə yetdi çinü təhqiq,

Sana yardan xətalər yaxşı gəldi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info