Qonaq Kitabı
Ey mələk surətli insan, ey günəş yüzlü pəri

 

Ey mələk surətli insan, ey günəş yüzlü pəri,

Görmədi aləmdə mərdüm bir sənin tək dilbəri.

 

Sanma ancaq müşkə verdi bu siyəhruluğ saçın,

Məh yüzün qıldı xəcil bağlarda vərdi-əhməri.

 

Eşqinə düşən könüllər sanma kim, abad ola,

Onlarun şəhrin xərab etdi fəraqin ləşkəri.

 

Oldu səhradə yerim, insan içindən dur olub,

Ta ki gördü gözlərim sən ahu gözlü dilbəri.

 

Uş bu mənidən Xətayi hur söylər hüsnini

Kim, ləbin peymanəsi bəxş eylər abi-kövsəri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info