Qonaq Kitabı
Ta gördü gözlərim səni, ey hüsn ilən ğəni

 

Ta gördü gözlərim səni, ey hüsn ilən ğəni,

Məcnun misali əqlim ilən görmədim səni.

 

Kuyindən özgə mürği-könül dutmadı qərar,

Bülbül nə yerə varə görüb tazə gülşəni?

 

Yüzümni xaki-pa qıluram asitaninə,

Ta kim, dəgə yüzümə səadətlü daməni.

 

Xublar cəhanı cümlə dutarsa, əya sənəm,

Can olduğunca mən dəxi tərk eyləmən səni.

 

Getməz Xətayi cövr ilə qapundan, ey pəri,

Gülşən bilürmən ol səri-kuyində külxəni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info