Qonaq Kitabı
Yoxdurur aləmdə bir dəx hüsn ilən yarım kimi

 

Yoxdurur aləmdə bir dəx hüsn ilən yarım kimi.

Ya cəmal əhlində kim var ol vəfadarım kimi.

 

Həsrətindən qəddinin eylə zəif olmuş sənin,

Yel əsəndə titrəşür bu cismi-bimarım kimi.

 

Ta ki, dün məclisdə ney fəryadü zarım dinlədi,

Ağlaşur bağrın dəlüb bu naləvü zarım kimi.

 

Əbri-neysandan sorun əhvalimi kim, ol dəxi

Qətrə-qətrə yaş tökər çeşmi-göhərbarım kimi.

 

Ey Xətayi, gərçi xublar çoxdurur aləmdə, leyk

Olmaya bir dilbər ol şuxi-sitəmkarım kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info