Qonaq Kitabı
Əksi-sayəndir vücudim, ey saçı zilli-humay

 

Əksi-sayəndir vücudim, ey saçı zilli-humay,

Nişə kim, sən padşəhsən, mən qapunda bir gəday.

 

Kövkəb olmuşdur mənim çeşmim cəmalın görməgə,

Bir nəzər doğgil gözüm qarşusinə, ey yüzi Ay.

 

Ol məhin eşqinə düşdüm, tənə qılma, zahida,

Qaçmazam eşqin yolundan çün mana həq qıldı tay.

 

Ta əzəldən var mənim guşimdə eşq avazəsi,

Çalma, ey mütrib, dəxi məclisdə udü çəngü nay.

 

Bu Xətayi oldu Məcnun, dağə düşdü ahu tək,

Naseha, dağdan ani ürkütmə, qılma huyü hay.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info