Qonaq Kitabı
Ey gül yanağlu, ləblərinə can desəm, yeri

 

Ey gül yanağlu, ləblərinə can desəm, yeri.

Zülfinə küfrü yüzinə iman desəm, yeri.

 

Sordum təbibə, dərdimə dərman bulunmadı,

Bu dərdi-eşqə ləlini dərman desəm, yeri.

 

Kim eşiginə yastana, dövlət bulur müdam,

Ol asitanə sayeyi-sübhan desəm, yeri.

 

Bir muri-xəstənin ki, qapunda məqami var,

Mən ol məqamə mülki-Süleyman desəm, yeri.

 

Buldu Xətayi zikri cəmalında nuri-həq,

Səhni-rüxini səfheyi-Quran desəm, yeri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info