Qonaq Kitabı
Cana, cəhanda olmuya məhru sənin kimi

 

Cana, cəhanda olmuya məhru sənin kimi,

Məhrudə dəxi gəlmiyə niku sənin kimi.

 

Qandır mənim susuzluğum, ey abi-ləli-yar,

Girməz əlümə dünyadə bir su sənin kimi.

 

Əhsən cəmali-hüsninə kim, bağbani-hüsn

Gülşəndə görmədi bitə gülru sənin kimi.

 

Ey zülfi-dust, dünyadə dur, həm oturma kim,

Düşməz dimağə ənbəri-xoşbu sənin kimi.

 

Getmə Xətayi çeşmidin, ey əksi-qəddi yar,

Nəmnak yerdə bitməyə qarğu sənin kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info