Qonaq Kitabı
HACI ZEYNALABDİN TAĞIYEVİN 50 İLLİYİ

 

HACI  ZEYNALABDİN  TAĞIYEVİN  50  İLLİYİ

 

Məişətdə və cəmaətdə xidmətləri

 

Ey gənc, ixtiyari zair!

Ey aqilü biqərari zair!

Manəndi-kab söylə-söylə:

Bilməm haraya gedirsən öylə.

Yüz dəxi eyləsən siyasət

Bir kərə düşün ki, ən nəhayət:

Aramgəhin bu yer deyilmi?!

Bu qəbri bəqa əsər deyilmi?!

 

 

Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır... İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Zindəganlığında yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan dügünlər, ruzigarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfaətlilə ölüb dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar hamısı nədən ötrüdür? həyatdan ötrü deyilmi? həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Vaveyla! Va həsrəta! Hərgah belədirsə.

Yırtıcı heyvan şikarını edib qarnı tox olanda qeyri şikar dalınca getmir. Yoxsa insan yırtıcı insan insafinda da olmadı? Çox heyif!

Gər qara daşı qızıl qanilə əlvan edəsən!

Rəngi təğyir tapar, ləli bədəxşan olmaz!". Elə də biz: ha çalışaq özümüzü tərif etməyə, ha çalışaq murdar sifətlərimizi, hərəkətlərimizi pünhanda tutmağa – insaf məqamında yırtıcı heyvandan alçaq, biinsaf, bimürvət görünürük. Həmin məsələ bizim üçün nəhayətdə ağırsa da, çifayda belədir, əzizim.

Hərgah insanın həyatı həqiqət bir yemdən ötrü olsaydı, onda nə lazım olmuşdu bizim üçün xəllaqi-aləminin gözəl və əvvəlimci baxşişi ki, "əqli-külliyə" olsun? Bəli, insan ancaq əqli-külliyyə ilə heyvandan ayrılıbdır. Belə olunan surətdə demək olar ki, insan həyat edir dəyirmanı buğdasız qalmamaqdan ötrü? Hərgah belə olsaydı, nə lazım düşmüşdü milyonlar ilə adamlar şan-şövkətindən ol çəkib xalqı düz yola gətirirdilər və meydani-hərbdə həqiqəti tapmaq üçün canlarını fəda edirdilər. Həqiqət meydanında can fəda edənlər gözləri görüb əqli-külliyyələri qəbul etmirdi ki, bular ilə bir cinsdə olan insan zülmətdə qalıb əqli paslansın və ürəyi daş olsun!.. Bu danalar (Bilicilər – red.) öz cinslərini nədən görüb onları nadanlığın zinadından xilas etməyə çalışırdılar! Bu fədakarlar Allahi-əzimüşşənin gözəl olan nemətini öz cinslərində nahəmvar görüb həman nemətin seyqəlinə çalışırdılar, Bu şəxslər öz məqsədlərinə çatmaq üçün şan-şövkətdən, mal və dövlətdən, övrət və övladdan keçirdilər. Həqiqət! Hərgah zindəganlıq hər şəxsin yalnız öz nəfsinin xoş keçməyindən ötrü olsaydı, bu adamlar dünyanın ləzzətindən üz çevirməzdilər.

Bəs məlum olur ki, xudavəndi-aləm insanı heyvandan "əqli-külliyyə" ilə ayırıb onun boynuna bir təklif qoyubdur. Böyük təklifdirmi? Bəli, çox böyük, çox ağır təklifdir... Bu lakin həmən o təklifdir ki, cəm peyğəmbərlər onun yolunda can fəda ediblər, həmən bu təklif dinləri və məzhəbləri birləşdirir və insanı zülməldən xilas edir. Bu təklif rəbbülaləminə yavuq olmaq deyilmi? Bəli... hərgah həqiqət insan ancaq həyatından ötrü yaranmış olsaydı, rəbbülaləmin ona əqli-külliyyə əta etməzdi və əqli-külliyyə olmayan surətdə həman təklif insana borc olmazdı, necə ki, heyvanata borc deyil!..

Bu məsələdə cəmi ülamələrin təsəvvürləri birdir: İnsan gərək cəhd edib Allah-əzimüşşənə yavuq olsun, yəni onu tapsın, bilsin, tanısın... Görək ayə, ona yavuq olmağa səbəb vardırmı? Əvvəlinci səbəb və yavuq düz yol ancaq "yaxşılıqdir", yəni insanın yaxşı və gözəl əməlləri. İnsan ancaq yaxşı əməlləri ilə və gözəl sifətləri ilə rəbbülaləminə yovuşmaqla bilər, tanıyar.

"Yaxşılıq" insanın sifətlərindən biridir. Ancaq bu sifətə tövrbətövr mənalar verib, anlayıblar. Məsələn: bir nəfər şəxsi-zəngin çox çörəklidi, yəni evinə qonaq gələndə canü dil ilə qulluq etməyə hazırdır və yainki qonaqsız nahar etməyir. Bu şəxsə yaxşı deyirlər və yainki külfəti çox olan şəxs gecə və gündüz çalışıb dövlət qazanır ki, külfəti nəinki ac qalmasın və hətta öləndən sonra övladı üçün çoxca dövlət qoysun – buna deyirlər "yaxşı" adam idi, zira ki, vəfatından sonra külfəti ac qoymadı. Və yainki, dövlətli şəxs dövlətliyə yaxşılıq edir - olar da bir-birinə "yaxşı" deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib, ibadətə məşğuldur - buna da adətdir "yaxşı deyirlər və yainki abid yüz il ömrünü ibadətdə çürüdüb xurma ilə zindəganlıq edir, öləndən sonra ona "yaxşı" deyib rəhmət oxuyurlar...

Gərək yuxarıda zikr olunan şəxslərin "yaxşılıqları" olar üçün xudavəndi-aləminin zat-pakını tanımağa, yəni ona yavuq olmağa yol açırmı? Xeyr! Bu "yaxşılıqlar" məxsus nəfs üçündür, bir zat üçündür, nəinki Allah üçün. Həman adamların adları ancaq ölən günü dillərdə zikr olunur; ancaq ölən günü deyırlər: Allah rəhmət eləsin, yaxşı kişi idi, qonaq sevən idi, övladına böyük məbləğ qoydu, abid idi, saleh idi... Çox az vaxtdan sonra buların adları nəinki, qeyrilərinin və hətta öz övladlarının dillərində zikr olunmuyur, çünki həman şəxslər öz həyatlarında yaxşılıq etmişdilər, ancaq öz nəfsləri xoş olmaqdan ötrü.

Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb baqi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: Ey biçarə, bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq. Qoyduğu dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccübdür! Pəs bunların adları dillərdə zikr olmağının səbəbi nədir? Bular nə ediblər ki, yaddan unudulmayırlar? Bular öz cinslərinin yolunda can fəda ediblər: Fəqirlərə kömək edib onları aclıqdan xilas ediblər, çünki hər millətin zəlalətdə olmağına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara pərəstar olub olara lazım olan tərbiyəni veriblər, elmləri insana asan edib həmavəqt millətin dərdlərinə dərman axtarmaqda ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə bu cins şəxslər rəbbülaləminin zat-pakını biliblər, ancaq bu zatlar millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət hiss etməyirmi? Millətin bu şəxslər barəsində olan dua və sənalarını Allahi-əzimüşşən eşitməyirmi? Vay o şəxsin halına ki, insanın səlahından ötrü çalışıblar! Həmin zatlar hansı millətdə olsa, o millətin gülü hesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini heyvana oxşatmayıb Allah-taala verdiyi neməti puç etməsinlər...

Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər. Onların səvanehlərini yazıb uşaqlara oxudurlar; bu cins şəxslərin isimləri hörmətlə dillərdə zikr olunub nəsilbənəsil millət balalarının arasında intişar tapır. Son gələnlər bunların barəsində oxuyub və eşidib özlərini onlara oxşadırlar və vaxtında millətin bəzəyi olurlar. Bu minval qeyrət, həmiyyət və himmət artır...

Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruhları oların gözəl əməllərindən ləzzət çəkir... Həqiqət, yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq ancaq torpaq görərik, bununla belə adları dillərdə söylənəndə - fikr edirsən bu şəxslər ölməyiblər, həyatda baqidilər. Nə mal, nə dövlət. Nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa onu xoşbəxt etməz, insanın xoşbəxtliyi onun həyatından sonra ismi hörmət ilə dillərdə zikr olmaqdadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni tək məxsus nəfsinə zindəganlıq etməyib bədəndən və ruhdan zəif həmin millətə gərək kömək edəsən...

Müsəlmanlardan bu qeyrətdə olanları tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də varmış. Bu zati-möhtərəmlər hər əsrdə olublar, vardırlar və olcaqlar. Ümumxeyrdən ötəri bu əsəri – hazırda insafımız rəva görmür ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu canabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun.

Həqiqət hal, bu zati-möhtərəm bir qeyri zatdır, rüzigar bizlərə bəxşiş edibdir! Bu zat millət bəzəyi, ruzigarın nadidə əsəri olub, adını tarixə salmıya bilərikmi?

Bəli, 62 sinnində hörmətli Hacı rüzigarın sədəmələrinə davam edib milyonlar qazanıb özü ilə qəbri-bəqaya nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarını adını təvarixdə baqi qoyacaqdır! Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bllər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna yem verməkdə sərf olunmağı onun adını qeyrətli diri qardaşlarının ürəklərində nəqş bağladacaqdır.

Bu zati-möhtərəmi tərif etməkdən qabaq lazım görürük oxuyanlarımıza onun müxtəsər səvanehini yazaq, ta görək hörmətli Hacı milyonları nə tövr qazanıbdır. Və millətə, insana nə xidmətlər göstəribdir, görək bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdın Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci ildə sentyabrın 20-də göstərə bilərlər. Həman bu ayda cənabi Hacının 50 illik məişəti və başlayıb millətə və insana xidmətlər göstərməyi tamam olur. Həmin gün hörmtli Hacının ömründə gözəl və böyük eydlərdən biridir, hansı ki, mindən bir adama müyəssər olmuyur görsün.

Həmin bu gün bu zati-möhtərəmin ruhi fikrə gəlməyin ləzzətini hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcəklər ki, bu şəxsin nəslindən dünyaya gəliblər. Həmin bu gün məruflu, mərifətli, qeyrətli din qardaşlarımız bu tövr zatın vücudunun bərqərar olmağını xudavəndi-aləmdən istiğasə edəcəklər.

Həmin bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsəd ilə eyd sahibinə baxacaqlar...

Həmin bu gündən yaxşılığın baqi olmağı və yamanlığm faniliyi gün kimi aşkar olacaqdır! Bəli bu bir qeyri gündür! Qeyri eyddir! Qeyri səadətdir insanın ömründə! Bu bir qeyri aləmdir! Qeyri haldır! Qeyri hissiyatdır zatın həyatından! Xudavəndi-aləm əmr əta etsə biz kəmtərin millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vəqtində cənab Hacının mövtlə səvanehini yazmağa məşğul olarıq.

Hacı Zeynalabdın Tağıyev 1259-cu ildə (yanvar, 1838) Badkubədə təvəllüd olubdur. Atası Təqi başmaqçılıq edib öz külfətini dolandırardı. 10 yaşından H.Z.Tağıyev atasının tərbiyəsində olubdur. Atası külfət qeyrəti çəkən, zəhmətdən qorxmayan bir zat idi və həmişə oğlu Zeynalabdın Tağıyevə bu nəsihəti edərdi: "Oğlum, zəhmətdən qorxma, çalış ta axırda özgəyə möhtac olmuyasan". Bu sözləri balaca həssas uşağın qəlbində gün-bəgün yer edirdi. On yaşında uşaq atasının zəhmətini görüb hiss eliyir ki, qəbul etmirdi ki, atası yalqız zəhmət çəksin. Ona görə atasından təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz əməyini qazana. Atası razı olub on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur. Bu işdə gündə 6 qəpik verirlər. Əvvəlinci qazancı evə gətirib atasına verir. Atası dəxi pulu götürüb bir qədər çörək və bir qədər pənir alır, sonra oğluna xeyir-dua verib deyir: "Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını yeyirəm". Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhməti artırıb gecə və gündüz fikri tutduğu işdə olub öz gücündən artıq işlərə əl aparır. Palçıq daşımağa kifayət etməyib iş üstündə olub daşçıların işlərinə diqqət edir. 12 yaşında daş yonmağa başlayıbdır, 15 yaşında bənnalıq sənətində inşaatçı mühəndislərin işlərinə artıq diqqət edirmiş. Bənnalığa kifayət etməyib bir az müddətdən sonra podrat işlərinə yapışır. Götürdüyü podratlar mənfəətli olub bir qədər pul düzəldir. 1873-cü ildən podrat işlərini buraxıb neft işlərində dörd dəfə rüzgarın böyük sədəmələrinə giriftar olubdur. Vəqt olubdur ki, qazandığı pul əlindən bilmərrə gedibdir, amma bu nəkarə beylə məyus olmuyub özünə isti rahatlığı həram edib gününü zəhmətdə keçiribdir. Həman bu vaqtlar atalıq borcunu fikrindən unutmuyub uşaqlarına lazım olan tərbiyəni veribdir. Bu vaqtlar böyük oğlu İsmayıl realnı uçilişeni qurtarıb atasına kömək edirdi və kiçik oğlu Sadıq oxuyurdu. Vaqt oldu ki, Hacı şirkətləri Bibiheybət yerini icarə edir və buruq salmağa məşğul olurlar. Xərc gündə artırdı, amma neft bilmərrə görünmürdü. Şərik yoldaşı buna dəvam gətirməyib öz hissəsini Hacıya satır. Hacısa bu xərcdən qorxmayıb başladığı işi qabağa aparır. Bu vaqtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmürdü. Bununla belə zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Həmin bu məşəqqətdə olarkən qazdığı quyudan neft fəvvarə edib Hacı məqsuduna çatır. Bu gündən Hacı qabağa gedir, zavodda qulluq edənlər söylərlər: "Biz bu şəxsin səbrinə və zəhmətinə təəccüb edirik: bilmirdik Hacı 24 saətdə nə vəqt rahət olur".

Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: "Zəhmətdən qorxmayın uşaqlar!" Həmin qulluq eliyənlər söylərlər: "Hərçənd bizə rahatlıq yoxsa da bununla belə Hacının müəllimliyi və insaniyyətliyi bizim ona can dillə hümmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deyib təqsirimizdən keçirdi".

Bu minval dövlət günbəgün artırdı. Amma bununla belə hörmətli Hacı yetimləri və fəqirləri yaddan unutmazdı. Canları sağ adamlar yolçuluq edəndə pul verməyib iş üstə qoyardı. Ta özləri zəhmət çəkib pul qazansınlar, əlsiz-ayaqsızlara pul verib beqədri-imkan kömək edirdi. Bunu öz dövlətinin müqabilində az görüb hörmətli Hacı yavaş-yavaş millət işlərınə diqqət edir. Müsəlmanların mədəniyyətində və məişətdə dalda qalmaqlarının ümdə səbəbini elm olmamaqda bılib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təhsil edib qurtaranların tərbiyəsinə, hörmetli Hacı 38.848 manat xərc edibdir. Bu cavanlar aldıqlan elmlərin səbəbinə indi xoş zindəganlıq edirlər. Elmlərini təhsil edib qurtaran cavanların yerinə təzə uşaqlar götürüb lazım olan məxarici edir. Bu halda onun xərcinə oxuyan uşaqların hesabı - hamısı ildə 3000 manat xərc olunur.

Və dəxi qeyri məktəblərdə yetim uşaqlara kömək etmək qəsdilə dörd məktəbə nazir (paçotnı papuçitel) hesab olunur. Bu məktəblərdə ildə iki min manat xərc edir.

Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əhli üçün elm oxumağın çətinliyini nəzərə gətirib Mərdəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 uşağa görə bir sənət məktəbi bina edibdir. Bu məktəbdə türkcə və rusca oxumaqdan savayı uşaqlara və elmə müvafiq çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və qeyri ətrafda olan kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər! Həmin məktəbin binasına 31.240 manat xərc olunubdur və ildə 5000 manat xərc olunur.

İkincisi millətə qiymətsiz bəxşiş təzə açılan qız məktəbidir ki, orada müsəlman qızları tərbiyə tapacaqlar. Bu məktəbin barəsində bir az söhbət edərik. Filosoflar tifi uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər dəfə əymək olar; elə də tifılə ibtida nə tövr tərbiyə verilsə böyüyəndə o tərbiyədə olacaqdır, çünki tifılin qüvveyi-hafizəsi çox iti olur: nə görsə götürür, eşitsə hafizəsində saxlar. Bunu hər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək həmin şeirlər hafizəsində qalır. Amma 20-30 yaşında və dəxi gec öyrəndiyi şeirlər gündə təkrar etməsə unudulur. Pəs belə olan surətdə, məlum olur ki, uşağın ibtidai tərbiyəsi ilə, gərəkdir üsullu rəftar etmək, çünkı ibtidadan uşağa nə yol göstərsən o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır... indi insaf nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri – dualardır, bizimkilərinki söyünc! Oların uşaqları şəkilli kitablar ilə oynayırlar, bizimkilər palçıqda, tüzda, torpaqda bələnirlər! Oların uşaqları nahardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli əllərində bir parça çörək və penir küçələrdə kövşəyirlər: oların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər. Bizimkilər uşaqların yanında bir-birilərinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər! Onlarda evə qonaq gələndə övrət ilə qiybət edəndə uşaqları qeyri otaqda saxlayırlar, bizimkilər qeybət edəndə uşaqları dizlərinin dibində otuzdururlar! Belə analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə analarımız tərbiyəli olsalar uşaqlarımız da tərbiyəli olarlar. Heç ata və ana uşağının bədbəxtliyini onun ağlının naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün... Övlad yaman dərdə mübtəla olanda onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur heç ata və ana övladının bədbəxtliyini istəməz, amma çifayda işin günhinə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına əvvəlinci səbəb özümüzük...

Dana üçün bu məsələni kəşf etməyi lazım bilmirik. Bundan əlavə axır zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə tərəqqi edirlər: Bunların nəzərləri zindəganlığa və məişətə dəyişilir... Pəs bu mədəniyyətli, mərifətli, cavanlarımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlməyirmi? Günbəgün tərbiyəli cavanların hesabı artır, amma çifayda həmin cavanlar evlənməkdən əsla fikir etmirlər, çünki tərbiyəli qızlarımız yoxdur və tərbiyəsiz qızları özlərinə ömürlük yoldaş etmək məzkurlar üçün böyük məsələdir. Bunlar gələcəkdə uşaqlarının fikrinə qalırlar... Həmin bu məsələ Badkubədə ataların və anaların ürəklərində gərəkdir yer etsin. Bir nəzər et, gör ərə gedən qızlarımızdan nə qədər bədbəxt olan var...

Biinsaf, bimürvət cavanlar biçarə pakizə qızları alıb sonra yaman yollara düşürlər. Məgər övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır? Doğrudur bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbdısa da və çoxsunun əqlin dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız tərbiyəli və mərifətli olsaydılar oğlanlarımız bəhər hal ağla gəlməyən işləri etməzdilər, çünki əqilli övrət pis kişini həmişə yaman yoldan saxlar. Zamanı hazırda evli cavanlarımız pis yollarda, biçarə qızlarımız qanlı yaşlar tökürlər, atalarımız olara səbir edin deyib ah-vay edirlər... Haçanadək bular əqilsiz, insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu məsələlərdə bizimlə həməfkar olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan xəbərdar olmayan əşxas həmin məktəbin düşməni hesab olunurlarsa da, ancaq olan biz millətə quyu qazanlardan hesab edirik. Onlar üçün də tarixın səhifələri açıqdır... Doğrudur hərgah bu məkləbdə dinə və ya məzhəbə rəxnə salan bir şey olsaydı və yainki həmin məktəb bir özgə dona girsə onun əvvəlinci düşməni biz olarıq: halbuki bu məktəbdə qızlarımız dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca dördüncü il bir az rusca və əl işi oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və bunlara ildə 8 min manat sərf olunacaqdır. Evin binasına hörmətli Hacı 3 yüz min manata qədər xərc edibdir! 1896-cı ildə Hacı əlindəki 20 milyona dəyən zavodu 5 milyon yarıma satıb bez fabrikası bina etmək fikrinə düşdü. Cənab Hacının hərəkəti puldan, dövlətdən gözləri doymayanları, dövlətdə ancaq xoşbəxtlik görənləri təəccübə gətirdi. Bununla belə Hacının fikrindən xəbərdar olanlar onun bu işdə fədakarlığına təəccüb edirdilər. Zavodu satmağa əvvəlinci səbəbə bu olubdur ki, ömrünün axırını rahatlıqla keçirsin.

Zavod sahibləri bu işin zəhmətini və məşəqqətini bilirlər. Ondan masəva fabrikanın işi zavodun işindən təmiz və rahat olmağına şübhə yoxdur. Hərgah desək qeyrətli Hacı zavod əvəzinə fabrika açmağında da insaniyyətlərini göstəribdir. Asan dövlət qazananlar, dövləti ilə kor olanlar Hacının əməlinə gülürlər.

Həqiqət bir fikir etməli: zavodda yüz adamın çörək tapmağı fabrikada min adamın çörək tapmağına bərabərdirmi? Qafqazda bezin qiyməti birə on ücüzlanmağı vətənə azmı xidmətdir.

1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar cəmiyyəti xeyriyyə binasını qoyublar. Cəmiyyəti xeyriyyə mədəniyyətli millətlərdə çoxdur və hənuz cəmiyyəti xeyriyyənin insana nəfi və millətə köməkliyi nəhayətdə artıqdır. Peterburq din qardaşlarımızın müsəlman cəmiyyəti xeyriyyə açmaqdan məqsudları elm-təhsil edən müsəlmanlara və qeyri şəhərlərdə məktəbxanalar, qiraətxanələr və azarxanalar açmağa kömək etməkdir. Bu işdə qeyrət və pul gərəkdir ola ki, cəmaət gözəl məqsudlarına çatsın. Burada da qeyrətli hümmətlı Hacı, camaətə böyük xidmət göstəribdir: 11 min manat Peterburq müsəlman cəmiyyəti xeyriyyəsinə bəxşiş edibdir! Bunun əvəzində camaət xeyriyyəni bina edənlər hörmətli Hacını ömürlük çlen seçib böyük təşəkkürlər ediblər.

Qeyrətli Hacı bulara bəs etməyib türk və fars ədəbiyyatına xidmətlər göstəribdir. Axır zamanlar ədəbiyyat yolunda işləyən cavanlarımızın hesabı günbəgün artır. Amma heyif ki, yazanlarımızda pul yox, dövlətlilərimizdə qeyrət, ona görə millətə yazdıqları kitablar çap olunmayıb tozlanır. Qeyrətli Hacı buna diqqət edib millətə nəf gətirən kitabları öz xərcinə çap etdiribdir. Hacının xərcinə çap olunan kitablar bunlardır;

1. Tarixi-müqəddəs, əsəri - Molla Əbdül-səlam Axundzadə - 500 manat xərc olunubdur.

2. "Şərabçı"

3. "Allah divanı", Asari-Sultan Məcid Qəniyev - 300 manata qədər xərc olunubdur.

4. "Əşari-Seyid Əzim Şirvani" 500 manat xərc olunubdur.

5. "Nadir şah", əsəri - Nəriman Nərimanlı. 350 manat xərc olunubdur. Bu əsər cənabi Hacının xahişinə görə fars dilinə tərcümə olunur və çap olunacaqdır.

1895-ci ildə Badkubədə rus dilində verilən "Kaspi" qəzetəsini 57 min manata alıbdır. Bu qəzetəni almaqda da hörməli Hacının fikrində vətəndaşlarına kömək və xidmətlər etmək varimiş…

Bundan savayı İranda, İstanbulda, Hindistanda və Misirdə çap olunan cəridələrə müştəri tapmaq ilə və özü bir neçəsinə pul bağışlamaq ilə xidmətlər göstəribdir. Qəzetənin insana mənfəətini nəzərə alıb və bir para ruhanilərin ruznamələrə olan həqir nəzərlərinə diqqət edib və bunların gözləri qəzetlər ilə açılmağını özünə yəqin edib...

Bu zati möhtərəmin qeyrətı insanı həqiqət heyran edir! Təəccüb budur ki, 18 il bundan müqəddəm Badkubəda Hacıdan dövlətli və mədəniyyətlı şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq Badkubədə teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur.

Teatrın insana mənfəətini, ruha lazzətini dəfaətlə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məkləbdə görmədiyimiz şeyləri və görüb diqqət etmədiyimiz əhvalatları görüb və eşidib pis əməllərdən ibrət və yaxşı sifətlər əxz edirik: əqlimiz üçün yem və ruhumuz üçün ləzzət alırıq.

Həmin bu teatrda Badkubənin mərifətli cavanları cəmiyyəti-xeyriyyə üçün ildə neçə dəfə türk dilində komediya oynayırlar. Teatrın bir gecəlik kirayəsi 100 manat isə hörmətli Hacı kirayədən keçib hər dəfə cəmiyyəti-xeyriyyəyə pul da bağışlayır. 1900-cu ildə 100 minə qədər xərc qoyub teatrı təzələndirdi: yeri balacadırsa da özü gözəl bir teatr olubdur.

Hörmətli Hacının teatra olan qulluqlarını erməni teatrının artistləri nəzərə alıb 1900-cu ildə ona rizaməndlik və mübarəkdarlıq etdilər və bir gözəl kağızın üstdə yazılmış nitqlərini gözəl cılddə Hacıya bəxşiş etdilər. Həmin kağızın üstdə bu sözlər yazılmışdı:

"Hörmətli Hacı Zeynalabdın!

Qədim zamandan, yəni qədim yunanlardan, ərəblərdən və qeyri  mədəniyyət yolunda can qoyan tayfaların vaxtından bəri teatrın əqlə və ruha tərbiyə verməyi gün kimi aşkardır. Badkubə qeyri şəhərlər təki qaranlıqdan işıqlığa düşməyə çalışır, əmma bu vaxtadək bu şəhərdə əvvəl kimin fikrinə düşübdür, o evin binası ki, teatrın gözəl olan əsərini xalqa yaysın? Bizə yaxşı məlumdur ki, Badkubədə bu işin fikrinə düşən əvvəl siz olubsunuz, hörmətli və qeyrətli Hacı! Ancaq siz bu fikirdə olub teatrı icad edibsiniz, hənuz bu teatrı hansı ki, neçə ilin ərzində günün şəfəqi kimi şəfəqlərini yayıbdır. Biz erməni teatrının kəmtərin qulluqçuları sizin bu barədə olan zəhmətinizi və mərhəmətinizi hiss edib bu gün tazə bəzənmiş teatra nəzər yetirib və ürəyimiz şad olub bu günü bayram edirik və canıdil ilə yekdil sizə öz hissiyyatımızı zikr edirik: "Sağ olsun bu teatrı bina edən! Sağ olsun hörmətli və qeyrətli Hacı Zeynalabdin!" Bu sözlərdən sonra hörmətli Hacınin şadlığından gözləri yaşarıb dedi: "Sizdən nəhayətdə razıyam: Sizin bu sözləriniz gələcəkdə teatra dəxi də böyük xidmətlər göstərməyimə səbəb olar".

Həqiqət millət bu tövr zatların xidmətlərinə nə qədər dürüst qiymət qoysa o qədər olar qeyrətlərini və himmətlərini artırarlar. Cənab Hacının xidmətləri bir müsəlman millətinə olmuyubdur. Qeyri millətlərə və dövlət, camaət tərəfindən görülən işlərə Hacının böyük xidmətləri olubdur və olur. Nəinki Badkubədə hətta qeyri şəhərlərdə də: Tazə açılan azarxanalara, məktəblərə, cəmiyyəti xeyriyyə cənabı Hacının böyük ianələri olubdur və olur. Xarici millət Hacının qulluqlarının əvəzində ona lazım olan hörməti göstərib həmişə qəzetlərin səhifələrində Hacını tərif etməkdə vardırlar. Dövlət dəxi onun cəmaətə olan nişanları (Stanislav 111 dərəcəyədək) veribdir.

Bu nişanlar şəhadətlik verir ki, padşahımız imperator əzəm hörmətli Hacının insana, millətə və vətənə olan xidmətlərini diqqətsiz qoymuyubdur. Bundan savayı qeyri dövlətlərdən də Hacının nişanları vardır. 1872-ci ildən cənab Hacı Badkubə dumasında qlasnı hesab olunur, bu qulluqda hörmətli Hacının həm şəhrə və həm cəmaətə böyük köməkliyi çatıbdır və çatır.

Bu vaxtadək qeyrətli Hacının ümumi cəmaət və millət işlərinə bir milyon manata qədər xərci olubdur!

Bu fani dünyada dövlətdən ötəri insaflarını satanlar bunu oxuyanda, yəni pulun qədərini görəndə ağızları açıla qalacaqdır! Qeyrilərdən utanmasalar da öz aləmlərində özləri-özlərindən utanacaqlar!..

Cənab Hacı hal-hazırda 63 sinnində varsa da ancaq çox diribaş görünür. Özü ortaboy tökmə şəxsdir. Hər bir əzası dürüst üzündən əqlü-kəmalı məlum olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli Hacı kontorunda olub gündə 30-40 nəfər ilə söhbət edir və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə verilən türk, Fars və Ərəb qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, yəni siyasi məsələrinə artıq diqqət edir: Hörmətli Hacının bu sinnində qüvveyi-hafizəsinin itiliyinə məəttəl qalmalıdır. Gündə on qəzetəyə qədər oxunur səbahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalat hansı qəzetdə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı zəmani-hazırda siyasidən, mədəniyyətdən və mərifətdən söhbət etməyə qadirdir. Mədəniyyətli şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına təəccüb edirlər. Xəlqi xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə əməl edən, həqq sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən ictinab edən, ürəyi saf hissli bir zatdır. Hörmətli Hacı teatrı nəhayətdə sevir: hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır.

Bəli, hörmətli Hacı 50 il zəhmət çəkib milyonlar cəm edibdir. Onun cəm etdiyi milyonlardan insana və millətə mənafe yetişibdirmi? Hərgah yetişibsə bu zatı möhtərəmin xidmətlərinin əvəzində millət nə etməlidir? Təklifi nədir? Bu məsələni həll etmək bir adamın işi olmuyub mərifətli müsəlmanlar bu barədə gərəkdir məşvərət edələr və məşvərət məqamında cənab Hacının millətə xidmətlərini qeyri "müsəlman milyonçularının işləri ilə (Badkubədə xüsusən)" bir tərəziyə qoymalı. Məqami-təvafütdə hörmətli Hacının millətə olan xeyrətinin qiyməti ariflər yanında birə beş artar. Böyük hünərdir, əzizim, insan öz sağlığında cəmiyyəti-xeyriyyəyə bu qədər xərc etmək! Bu qeyrətdə şəxslərin həyatı bizim barəmizdə olan xarici millətin həqir nəzərini puç etməyə səbəbdır. Mədəniyyətli millətlər bizə mədəniyyətdən 3 çöndərən, vəhşi, vətənin və millətin imdadına çatmayan deyirlər. Səbəb? Səbəb budur ki, Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir. Amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər.

Hal-hazırda Badkubədə azmı Hacılar var? Çi fayda! Bu biçarələr pulları sandıqlara yığıb pişik kəsəyəni marıtlayan tekin marıtlayırlar, bular müamiləyə pullar verib-fəqirlərin evlərini yıxırlar... Bular gündə beş vaxt namaz qılıb Xudavəndi aləmdən nə istiqasə edirlər? Ancaq dövlətin artırmağını! Əlsiz-ayaqsız yetimlər bulara əllərini açanda "boyunları albuxara torbasına" oxşayan dövlətlilərimiz bu yetimlərə məqrurluq ilə baxıb oları pis söz ilə özlərindən rədd edirlər. Şəriət qoyan zəkat və xüms buların fikirlərindən bilmərrə çıxıb hələ utanmayırlar, gözlərini o dünyaya tikiblər ki, Xudavəndi aləm buları bağışlayacaqdır. Ey biçarələr! Hərgah ümıdinizi o dünyaya bağlayıbsınız axirət gününün sahibinə nə cavab verəcəksiniz? Bəli: qeyri adamın malı ilə milyonlar qazanıbsınız. Biçarə fəhlələri gecə-gündüz işlədib həqlərini kəsibsiniz. Bu fikirlə ki, min nəfər fəhlənin hərəsindən 2 qəpik kəssən bir gündə iki min qəpik olar deyib dövlət qazanıbsınız, gündə min dəfə yalan danişıb Allah və peyğəmbərə and içib müşkül olan işlərinizi keçirdibsiniz, gündüzlər öz cinsinə yüz min quyu qazıb gecələr toyuqplov yeyibən üstündən qəlyan xoruldadıb özgələrin qiybətini edibsiniz. İldə iki dəfə məscidlərdə qeyrilər bilsin, eşitsin deyib pullar bağışlayıbsınız və adınızı uca səslə dedirdib dua etdiribsiniz, ancaq adınız Hacı olsun deyib Məkkeyi-müəzziməyə gedibsiniz və gələndə töhfələr gətirib işiniz keçən adamlara bəxşiş edibsinız, yainki birə-beş qiymətə satıbsınız...

Allahi-əzimüşşənin suallarına cavablarınız bularmı olacaqdır? Yoxsa özünüzə təsəlli verib deyirsiniz: bu dövləti övladım üçün qazanmışam ki, məndən sonra özgəyə möhtac olmasın, yoxsa bunu özün üçün səvab bilirsən? Hərgah belədirsə, ey bədbəxt, xabi-qəflətdə imişsən! Səndən sonra min yamanlıq ilə qazandığın dövlət sənin tərbiyəndə olan övladının əlinə düşüb bir az müddətdə puç olacaqdır, çünki sən pulun qədrini bilirdin: can qoymuşdun, yüz min pis əməlləri özünə qəbul etmişdin, amma övladın zəhmətin qədrini bilməyib sənin illərlə topladığın pulu o saatlarla səpəcəkdir. Səndən sonra itsə genə yaxşıdır! Bir göz aç gör: övladın sənin həyatında nə işlər görür! Gör sən bədbəxti saatda neçə dəfə söydürür, gör məzhəbə dinə nə növ ilə rişxənd etdirir! Bu hələ sənin həyatında, səndən sonra nə olmağını hiss etmiyirsənmi? Lamməhalə vətənə, millətə xidmət göstərməyirdin, öz övladınsa diqqət edəydin, yəni ona lazım olan tərbiyəni verəydin, ta səni hər iki dünyada üzü qara etməyəydi. Sən həmin o şəxslərin cərgəsindəsən ki, ancaq ölən günü ədəblik adətinə görə sənə rəhmət deyəcəklər, yəni dildə rəhmət oxuyub, ürəkdə lənət deyəcəklər... öz həyatında yamanlıqla cəm etdiyin dövlətin bir cüzi hissəsini dinin rövnəqinə və millətin xeyrinə vəsiyyət etsən ümidvar ki, pis əməllərin bir vaxtdan sonra yaddan unudular. Amma indiki halətini bir dürüst fikrə gətir! Bir saat dünyanın işlərindən zövq və səfasından, zəhmət və məşəqqətdən əl götürüb, düşün, gör ki, çəkdiyin zəhmətlər, top etdiyin milyonlar nə özün üçün, nə övladın üçün, nə bu dünya və nə axirət üçün imiş...

Bəli, bu cins şəxslərin arasından cənabi Hacı Zeynalabdin Tağıyevin seçilməyi bizim qeyri millətlər yanında başımız uca olmağa səbəbdir. Həqiqət hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, onun millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki, indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir. Doğrudur oxuyanlarımız irad tuta bilərlər ki, elmlər təhsil edib dövlət sahib olanların əksəri niyə bu fikirdə deyil? Olara cavab bu olur ki, haman elm sahibləri elmləri təhsil ediblər, nə əxlaq ətvarları düzəlməkdən ötrü, bəlkə bir sənət öyrənmək qəsdilə elmin dalınca gediblər. Yoxsa həqiqi elm ki, insanın ruhunu təmizləyir, bu şəxslərdə olsaydı bular da vətənin və millətin fikrində olardılar. Çünki həmən elmin tərbiyəsi onadır, necə ki, atəşin təbiətində yandırmaq var... Belə elm hörmətli Hacıda olmuya-olmuya bunun xidmətləri hansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan himmətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar-nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?

Doğrudur, çox azdır, ancaq tək-tək tapılar... Ancaq millətin və vətəndaşların borclarıdır bu tövr fədakarların xidmətlərinə dürüst diqqət edib qiymət qoyalar. Biz nə qədər bu şəxsi möhtərəmlərin xidmətlərinə insafən qiymət qoysaq, oların himməlləri, həmiyyətləri və qeyrətləri o qədər günbəgün artar. Bu vətən və millətpərəstlərə ancaq bu lazımdır, nəinki bir özgə şey!

Ümid edirik ki, hörmətli Hacının varisləri o zatı möhtərəmin yolu ilə gedib dinə və millətə xeyirxah olalar. Bunda şübhəmiz yoxdıır, çünki cənab Hacının varislərı lazım olan tərbiyəni alıb, rəva görməzlər ki, qeyrətli Hacının gözəl işləri puç ola!..

Əhli qələm qardaşlarımız buların millətə olan xidmətlərini nəzərdən keçirib millət tarixinin səhifələrinə yazarlar, tainki istiqbalda balalarımız oxuyub qəlbləri şad olsun və gözləri açılsın: Bilsinlər ki, bizdə də millət qeyrətini çəkənlər varmış! Düşünsünlər ki, hərçənd bu şəxslər qərbi-bəqayə köçüblər, onunla belə isimləri millətin dilində hörmətlə zikr olunur…

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info