Qonaq Kitabı
Ta səni gördüm, nigara, dil mana yar olmadı

 

Ta səni gördüm, nigara, dil mana yar olmadı,

Gərçi yar oldu, vəleykin yari-ğəmxar olmadı.

 

Gərçi şirin ləb cəhan mülkində çoxdur bişümar,

Höqqeyi-ləlin kimi hərgiz şəkərbar olmadı.

 

Gül gülüstan içrə çoxdur nazikü ziba, vəli

Arizin tək, ey sənəm heç güldə rüxsar olmadı.

 

Xanda kim, məşuq ola, kuyində vardır çox rəqib,

Xansı güldür kim, anun yanında bir xar olmadı?

 

Ta səni gördü Xətayi, valehü şeydayidir,

Xansı gözdür həq yüzin görgəc ki, bidar olmadı?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info