Qonaq Kitabı
Ta mənim gül yüzlü yarım əzmi-seyran eylədi

 

Ta mənim gül yüzlü yarım əzmi-seyran eylədi,

Lalətək hicri yarası bağrımı qan eylədi.

 

Ta ki qıldı bir nəzər ol dilrüba yarım mənim,

Neçə üşşaq əhlini sərməstü heyran eylədi.

 

Ta ki, dün gülzar içində bir təbəssüm qıldı yar,

Ağzı püstə qönçəni gülşəndə xəndan eylədi.

 

Damə saldı can quşun, səd parə qıldı dilləri,

Ta qəmər yüzündə ol zülfin pərişan eylədi.

 

Afərin ol dilrübayi-nazənin dildarə kim,

Bu Xətayiyə vüsalin lütfi ehsan eylədi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info