Qonaq Kitabı
Dəmbədəm yol gözlərəm, ol sevgi yarım gəlmədi

 

Dəmbədəm yol gözlərəm, ol sevgi yarım gəlmədi,

Qalmışam qış möhnətində, novbaharım gəlmədi.

 

Xeyli müddətdir ki, mən ta ayru düşdüm yardən,

Görmək içün həddən ötdü intizarım, gəlmədi.

 

Ta ki, gördüm yuxuda mən ol pərişan zülfini,

Yerinə andan bəri səbrü qərarım gəlmədi.

 

İxtiyarım getdi əldən, canü dildən əl yudum,

Ol mənim canü könüldən ixtiyarım gəlmədi.

 

Xəstədir miskin Xətayi bir misali- əndəlib,

Hüsn bağında cəmalı gülüzarım gəlmədi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info