Qonaq Kitabı
Bu sürahi dilbəri-rəna kimidir qaməti

 

Bu sürahi dilbəri-rəna kimidir qaməti,

Ruh tək hər kim ki, rahin içər, artar rahəti.

 

Vəsfinin şərhin deməkdə nitqi yoxdur kimsənin,

Həq humayun eyləmiş bəzm içrə sahib dövləti.

 

Ləlü cövhərdən mürəssə qılmış ani həq təmam,

Bu səadətdən müdami kimsənin yox minnəti.

 

Gecələr məclis içində oturub ol sərfəraz,

Eylə mehmandır k-anın[1] hər yerdə vardır izzəti.

 

Ey Xətayi, deməgil anın şərabın sən həram,

Sinəsinə nurtək dolmuş ilahin rəhməti.



[1]  k-anın – ki, anın; ki, onun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info