Qonaq Kitabı
Ey məni heyran edən, dər xab gördüm mən səni

 

Ey məni heyran edən, dər xab gördüm mən səni,

Ey pəri, nə adəmi, məhtab gördüm mən səni.

 

Görəli mehri-rüxin çeşmim münəvvərdir mənim,

Dünyada xurşidi-aləmtab gördüm mən səni.

 

Eşqinin dəryasinə qərq olmuşam qəvvas tək,

Bəhri-dildə lölöi-sirab gördüm mən səni.

 

Yüzün üstə göz ilən qaşını ta kim görmüşəm,

Qibleyi-üşşaq içün mehrab gördüm mən səni.

 

Ey Xətayi, dilbərin xurşidi-tabandır məgər

Kim, baxanda didəsi pür ab gördüm mən səni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info