Qonaq Kitabı
Heç sənin tək görmədim bir dilbəri-hurü pəri

 

Heç sənin tək görmədim bir dilbəri-hurü pəri,

Sərv boylu, lalə yüzlü, ğönçə ləb, məh peykəri.

 

Ta səni gördü gözüm, oldum özümdən bixəbər,

Xanda gördü gözlərim bilmən tək dilbəri?

 

Eşigin rizvan, özün huri, cəmalındır pəri,

Rüxlərin cənnət, boyun tuba, dodağın kövsəri.

 

Mərhəba ey dilbəri-Şirazü şuxi-mülki-Çin,

Söylədi hər kim səni gördisə allah əkbəri.

 

Qaşların qanımni tökdü, su kimi ötdün rəvan,

Xancəri gedərsən, ey xunxarə dilbər, xancəri?

 

Ey Xətayi, şol Xötən türki saçının şəmməsi

Nafeyi-səhrayə saldı bəlkə müşkü ənbəri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info