Qonaq Kitabı
Dilbəra, hicrində kim ki, didə giryan olmadı

 

Dilbəra, hicrində kim ki, didə giryan olmadı,

Atəşi-eşqində hər dəm bağrı büryan olmadı.

 

Gül yüzün əzminə dün getdim, gülüstan gəştinə,

Səndən ayru xar boldu gül, gülüstan olmadı.

 

Ta sənin xurşid rüxsarını gördüm, çeşmimə

Bir bulut oldu qəmər, ol mahi-taban olmadı.

 

Munca kim, gördü səni zahid, yüzüni sevmədi,

Lacərəm, ol kafərin könlündə iman olmadı.

 

Bu Xətayi eşqinə neyçün xəlayiq tən edər.

Ol məhi kim gördü kim, hüsninə heyran olmadı?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info