Qonaq Kitabı
Dilbəra, eşqində mən tək kimsə məşhur olmadı

 

Dilbəra, eşqində mən tək kimsə məşhur olmadı,

Ya sənin tək hüsninə heç kimsə məğrur olmadı.

 

Hur ilən baği-beheşti qıldılar tərif, leyk

Eşigin tək cənnətü hüsnin kimi hur olmadı.

 

Ta ki, eşqin gəlmədi, şaha, bu könlüm təxtinə,

Ey sənəm, şəhri-vücudim beyti-məmur olmadı.

 

Nuri-eşqin, dilbəra, könlümə ta kim düşmədi,

Zülməti-könlüm evi aləmdə pür nur olmadı.

 

Xaki-payini Xətayi ta ki çəkdi çeşminə,

Görmədin bu dövləti düşmən gözü kur olmadı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info