Qonaq Kitabı
Dilbəra, gül görmədim gülşəndə rüxsarın kimi

 

Dilbəra, gül görmədim gülşəndə rüxsarın kimi,

Mehri mah olmaz fələk yüzündə didarın kimi.

 

Gər siyəhdir dünyada leylilə zülmatü siyəh,

Olmuya bunlar siyah ol türreyi-tarın kimi.

 

Al ilən aldı mənim könlümni məndən, dünyadım,

Sehr içində görmədim ol çeşmi-məkkarın kimi.

 

Sormuşam, qəndilə şəkkər ləzzəti xoşdur, vəli

Ol dəxi şirin degil ləli-şəkərbarın kimi.

 

Bu Xətayi xəstəyə neyçün vəfalər qılmadun,

Yoxdurur mehrin təki könlündə iqrarın kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info