Qonaq Kitabı
Xəstə canım olmayasan sevgili canan kimi

 

Xəstə canım olmayasan sevgili canan kimi,

Höqqeyi-ləlini gördüm dərdimə dərman kimi.

 

Eylə kim, zülmat içində afitab olur əyan

Küfri-zülfin arasında rüxlərin iman kimi.

 

Arizinin nisbəti-vəsfin cahanda söylərəm,

Gülşəni-cənnətdə bitmiş şol güli-xəndan kimi.

 

Külbeyi-Yəqubə nisbət məskənim boldu xərab,

Ta ki, səndən ayru düşdüm Yusifi-Kənan kimi.

 

Bu Xətayi verdi övsafi-həqiqətdən xəbər

Ta gözüm gördü cəmalın surəti-rəhman kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info