Qonaq Kitabı
Mən ol məsti-liqayəm, gəldim imdi

 

Mən ol məsti-liqayəm, gəldim imdi,

Həmişə ba xudayəm, gəldim imdi.

 

Cəhan içində bir aqil məni bil,

Mən ol sidqü səfayəm, gəldim imdi.

 

Məni zinhar sən bir ğeyr bilmə,

Haman ol dilrübayəm, gəldim imdi.

 

Münafiq caninə ba zərbi-şəmşir

Bu gün həqdən bəlayəm, gəldim imdi.

 

Zi ğeyri-həq məni biganə bilgil,

Behəzrət aşinayəm, gəldim imdi.

 

Məni bilgil həmişə vasili-həq,

Zi ğeyri-həq cüdayəm, gəldim imdi.

 

Məğarib əhliçün övci-fələkdən

Beməni çün hümayəm, gəldim imdi.

 

Öküş canlar içün can almağa mən

Xətayi can fədayəm, gəldim imdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info