Qonaq Kitabı
Biz ol cani-yeganəyüz, yeganə

 

Biz ol cani-yeganəyüz, yeganə,

Nə bilür bizi hər naşı, biganə.

 

Bizə saqi dolu sundu qədəhni,

İçübən əsriyib olax divanə.

 

Talibin mənzili bizə dikəndir,

Nişan piruz olur həm binişanə.

 

Divanəyüz, divanəyə qələm yox,

Bizə nə saçü saqqal, nə xo şanə.

 

Xətayinin nəfəsni eşidənlər

Olardadır səadət, gər inanə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info