Qonaq Kitabı
Qatı müştaq idim sən məhliqayə

 

Qatı müştaq idim sən məhliqayə,

Könül gördü gözün, düşdü xətayə.

 

Şu dəmdən kim, səni gördüm cəmalın,

Giriftar olmuşam yüz min bəlayə.

 

Düşübdür ənbərəfşan kakilindən

Sənin ta ol güli-həmranə sayə.

 

Mənim vayəmi ta verməzsən, ey dost,

Salubsan aşiqi ah ilə vayə.

 

Xətalı qulunam, rəhm eylə, ey yar,

Xətayini buraxmagil Xətayə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info