Qonaq Kitabı
Şəha, qılgil tərəhhüm mən gədayə

 

Şəha, qılgil tərəhhüm mən gədayə,

Eşigündə yetirgil bir nəvayə.

 

Nola hüsnin zəkati busə versin,

Zəifəm, dərdməndəm, mən gədayə.

 

Dişün incü, gözün nərgis, ləbin ləl,

Sənin ol xoş cəmalın bənzər ayə.

 

Humayun qəsrinizdən, şahi-xuban,

Nola salsan mənim üstümə sayə?

 

Sənin çövründən, ey sultani-aləm,

Xətayi baş alur, varur Xətayi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info