Qonaq Kitabı
Eynullahəm, eynullahəm, eynullah

 

Eynullahəm, eynullahəm, eynullah,

Gəl imdi həqqi gör, ey kuri-gümrah.

 

Mənəm ol faili-mütləq ki derlər,

Mənim hökmümdədir xurşid ilə mah.

 

Vücudim beytül-allahdır, yəqin bil,

Sücudum sanadır şamü səhərgah.

 

Yəqin bil əhli-iqrarın yanında

Yerü gög cümlə həqdir, olma gümrah.

 

Vilayət bağının bir meyvəsidir,

Xaçan üzə ani hər dəsti-kutah?

 

Dilərsən həqqi həqqə vasil etmək,

İrişdi fi məqami li məallah.

 

Üluqi pak üzə seyran edər ki,

Xətayi uğradı bir gəncə nagah.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info