Qonaq Kitabı
Mənəm sultani-aləm can içində

 

Mənəm sultani-aləm can içində,

Yerim vardır xamu canan içində.

 

Oxuyurlar onu bəhr ilə bərdə,

İraqü Şamü həm Şirvan içində.

 

Gəl ey talib, mana canın fəda qıl

Ki, keçmişdi günün hicran içində.

 

Könüldə küfrü iman dopdoludur,

Yəqin bil, küfr var iman içində.

 

Şəriətdir, təriqətdir həqiqət,

Mərifət bir gözidir can içində.

 

Bu gün çövkani-eşq aldım əlimə,

Gəlibmən top çalam meydan içində.

 

Xətayiyəm özüm şah Heydər oğlu,

Bu mehri görməsi sindan içində.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info