Qonaq Kitabı
Çeşmimə gəldi, şəha, nəqşi-xəyalın bu gecə

 

Çeşmimə gəldi, şəha, nəqşi-xəyalın bu gecə,

Qıldı aşüftə məni zülf ilə xalın bu gecə.

 

Düşdə gördüm məni-sevdazədə çin-çin yapuşur

Boynuma silsileyi-zülfi-çü dalın bu gecə.

 

Rişteyi-canimi şövq oduna pərvanə kimi

Yaxdı ta vəqti-səhər şəmi-cəmalın bu gecə.

 

Qıldı sevda ilə peyvəstə zəif, ey məhi-növ,

Tənimi şol xəmi-əbruyi-hilalın bu gecə.

 

Gözlərim yaşini hər suyə çü su qıldı rəvan

İşvəvü naz ilə ol sərvi-nihalın bu gecə.

 

Munca kim, ahü fəğan eylədi, bir gün, sənəma,

Sormadın: – Xəstə Xətayi, necə halın bu gecə?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info