Qonaq Kitabı
Əya könül quşu, derlər bəhar imiş, mana nə?

 

Əya könül quşu, derlər bəhar imiş, mana nə?

Büsati-eyş əcəb ruzigar imiş, mana nə?

 

Deyirlər oldu dil[1] Leyli zülfinə Məcnun,

Dəmində ol dəxi bir biqərar imiş, mana nə?

 

Axıtdı yaşımı dövran, batırdı qanıma əl,

Rəqib əlindəki dəsti-nigar imiş, mana nə?

 

Ləbin zülalinə süzdü, tükəndi ömri-əziz,

Həyati-Xızr əgər paydar imiş, mana nə?

 

Bu bəxti-bəd ki, mənimdir, Xətayi, ol şuxi

Ğəm əhlinə deyələr ğəmgüsar imiş, mana nə?

 



[1]  Burada dil sözü yerinə əsir sözü yazılsa, vəzn düzələr və məna daha aydın olar. Dil yerinə burada könül sözünü yazmaq da olar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info