Qonaq Kitabı
Çeşmin atanda ğəmzə məgər can dilər yenə?

 

Çeşmin atanda ğəmzə məgər can dilər yenə?

Cəlladi gör ki, tökmək içün qan dilər yenə.

 

İstər rəqib vəsli-dəhanın xəyalini,

Ol divi gör ki, mülki-Süleyman dilər yenə.

 

İstər könül ki, nuş edə ləlin zülalini,

Ol Xızrı gör ki, çeşmeyi-heyvan dilər yenə.

 

Zülfün yüzün kənarını dutmuşdurur, vəli

Kafər çərisi ğarəti-iman dilər yenə.

 

Miskin Xətayi qapuna gəldi, inayət et,

Vəslin gədası vayeyi-ehsan dilər yenə.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info