Qonaq Kitabı
Diyari-eşqə sultanəm, dila, mən də zəmanimdə

 

Diyari-eşqə sultanəm, dila, mən də zəmanimdə,

Vəzirimdir ğəmü ğüssə, oturmuş iki yanimdə.

 

Fəraqü atəşü dərdü ələmlər bağrımı yaxdı,

İliklər qarə su oldu, əridi üstixanimdə.

 

Mən ol canbaz sərbazəm, fələk fövqindədir darim,

Neçə həllac Mənsuri yürütdüm risimanimdə.

 

Mən ol şəhbazi-kuhsarəm, baş əgməm qülleyi-Qafə,

Neçə ənqa kimi yavru uçurdum aşiyanimdə.

 

Həmən əl arxası yerdə cahanın padşahidir,

Xətayi həp keçən sərdən, qədəm qoyan nişanimdə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info