Qonaq Kitabı
Əgildim, səcdə qıldım xanədanə

 

Əgildim, səcdə qıldım xanədanə,

Nuş etdim şərbətindən qanə-qanə.

 

Zəhi dövlət bəşarət mən gədayə,

Yürüdüm, uğradım dürli dükanə.

 

Sərraf olan bilür gövhər bəhasın,

Mübah olmuşdurur pirü cəvanə.

 

Ərənlər asimanın dirəgidir,

Dirək yerdən dayanır asimanə.

 

Ululuğ istər isən, qulluğ eylə,

Ayağ bir-bir basarlar nərdibanə.

 

Cəhanı açdı Sultan Heydər oğlu,

İrişdi qazilər gövnü məkanə.

 

Yürüdüm bağına, qıldım təfərrüc,

Ərənlər yatağı nəqşi-cəhanə.

 

Sürər Düldül, çalar şah Zülfiqarı,

Əlindən qaldı bu zərbü nişanə.

 

Xətayiyəm bu gün meydan içində,

Şahın mədhin oxuram dərvişanə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info